Zelenski Lvovdakı üçtərəfli sammitdə tərçüməçiyə ƏSƏBLƏŞDİ – Özü tərcümə etdi

  • 23:47 - 19 Avqust

Ukrayna prezidenti Vladimir Zelenski dünən Lvovdakı Potoçki sarayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşlə üçtərəfli sammitdə iştirak edib. 

Avropa.info xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında Zelenski tərcüməçinin sözlərini ingilis dilinə düzgün tərcümə etməməsinə görə əsəbləşib və bu işi özü üzərinə götürüb. 

Xalq arasında ukraynaca danışmağa üstünlük verdiyini bildirən Zelenski tərcüməçiyə üz tutaraq anlamlı şəkildə bunları söyləyib: 

"Mən imkanlar pəncərəsindən danışdım. Dedim ki, həll oluna bilməz, çünki... Rusiya tərəfindən hər gün atəş altındayıq. Mən də "Slava Ukraini" (İngiliscə: Glory to Ukraine, türkcə: Ukraynaya eşq olsun) dedim".

Sonra tərcüməçi tez cavab verib: “Ukraynaya eşq olsun”. 

Açıq şəkildə əsəbiləşən Zelenski "Çox sağ olun. Bu vacibdir" cavabını verib.

Ukrayna Devlet Başkanı Zelenski ve Cumhurbaşkanı Erdoğan, dün bir araya geldi.

Oxunma sayı: 3224

Oxşar yazılar