Ətraf mühiti çirkləndirənlər yarım milyona qədər cərimələnəcək - SİYAHI

  • 15:56 - 19 Avqust

Nazirlər Kabineti “Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında” 3 mart 1992-ci il tarixli qərarında dəyişiklik edib.

Avropa.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar ətraf mühitə çirkləndirici maddələrin atılmasına görə ödəniş normativlərinin yeni iqtisadi şəraitə uyğunlaşdırılması və təbiətdən istifadəçilərin ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətinin tənzimlənməsi, tullantıların atılmasına, axıdılmasına və yerləşdirilməsinə görə onların məsuliyyətinin artırılmasına nail olmaq məqsədilə qəbul edilib.

“Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı nəticəsində ətraf mühitə təsirlər getdikcə artmaqdadır. Təsərrüfat və digər fəaliyyətlər üçün müəyyən edilmiş ekoloji və texnoloji tələblərə, qüvvədə olan standartlara və ətraf mühitin kəmiyyət, keyfiyyət normativlərinə riayət etmək, ətraf mühitin mühafizəsi və təbii resursların bərpası üzrə tədbirləri həyata keçirmək üçün ətraf mühitin çirkləndirilməsinə görə ödəniş normativlərinin yenilənməsinə zərurət yaranıb.

Belə ki, qüvvədə olan mövcud qiymətlər 1992-ci ilin iqtisadi göstəricilərinə görə təsdiq edilib. Bu da hazırkı dövrün tələblərinə cavab vermir və ölkənin iqtisadi inkişafı ilə uzlaşmır. Bu normativlər ötən dövr ərzində baş vermiş iqtisadi devalvasiyalar nəticəsində öz təsir qüvvəsini itirmişdir və buna görə də müəssisələr qarşısında ciddi məsuliyyət yaratmır.

Ötən dövr ərzində Azərbaycan BMT-nin “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyasına qoşulub, tullantıların uçotunun və qeydiyyatının aparılması sisteminin təkmiləşdirilməsi məqsədi ilə Nazirlər Kabinetinin 2003-cü il 30 mart tarixli qərarı ilə “Təhlükəli tullantıların pasportlaşdırılması Qaydası” və 2008-ci il 25 yanvar tarixli qərarı ilə “İstehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılması Qaydası” təsdiq olunub. Bu Qaydalarda da Bazel Konvensiyasının təsnifat sistemindən istifadə olunur.

Tullantıların idarə olunma sisteminin beynəlxalq tələblərə uyğun təkmilləşdirilməsi də ölkə üçün böyük əhəmiyyət kəsb edir. Lakin bu günə qədər təhlükəli tullantıların təhlükəlilik xüsusiyyətləri 1985-ci ilin müvəqqəti təsnifat sistemi ilə müəyənləşdirilirdi. Bu sistem tullantıların təhlükəlilik xüsusiyyətinin ətraf mühitə və insan sağlamlığına zərərli təsirlərini tam əhatə etmir.

Qərar ətraf mühitə çirkləndirici maddələrin atılmasına görə ödəniş normativlərinin yeni iqtisadi şəraitə uyğunlaşdırılması və təbiətdən istifadəçilərin ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətinin tənzimlənməsi, tullantıların atılmasına, axıdılmasına və yerləşdirilməsinə görə onların məsuliyyətinin artırılmasına nail olmağa imkan verəcək”, - deyə məlumatda qeyd olunub.

Su obyektlərinə çirkləndirici maddələrin axıdılmasına görə ödəniş NORMATİVLƏRİ


 

Sıra

№- si

 

 

Çirkləndirici maddənin adı

Çirkləndirici maddəyə görə

ödəniş normativi (manat/ton)

Xəzər dənizinə,

göllərə      və kollektorlara axıdılan çirkləndirici maddələrə

görə

çaylara və yeraltı su obyektlərinə

axıdılan çirkləndirici maddələrə görə

1234
1.Akril turşusu712,8768,0
2.

Alüminium (Al3 )

+

53,4657,6
3.

+

Ammonium ionu (NH4 )

6,627,14
4.Ammonyak (azota görə)42,7546,08
5.Anilin21 384,023 040,0
6.Arsen42,7546,08
7.Asetaldehid (etanal)8,559,21
8.Aseton42,7546,08
9.Asılı maddələr4,434,76
10.Barium2,883,09
11.Benz(a)piren427 800,0460 800,0
12.Benzin21,3923,04
13.Benzol4,264,59
14.Berillium7 128,07 680,0
15.Bismut (III valentli)4,264,59
16.Bismut (V valentli)21,3923,04
17.Bor turşusu21,3923,04
18.Brom10,6811,52
19.Butanol71,2876,80
20.Butilakrilat213,84230,40
21.Butilen10,6811,52
22.Civə132 900,0304 000,0
23.Dəmir21,3923,04
24.Etilendiamin10,6811,52
25.Fenol3 327,333 584,0
26.Flüoridlər427,80460,80
27.Formaldehid213,84230,40
28.Formalin8,559,21
29.Fosfatlar (Na,K,Ca)42,7846,08
30.Fosfor             (üçxlorlu), maddəyə görə21,3923,04
31.Fosfor (beşxlorlu), maddəyə görə21,3923,04
32.Furfurol213,84230,4
33.Heksametilendiamin213,84230,40
34.Heksaxlorbenzol42,7846,08
35.Heksaxlorbutan213,84230,40
36.Heksaxlortsikloheksan106,95115,20
37.Hidroxinon10,6811,52
38.Hidrozin213,84228,9
39.Xloroform21 390,0023 040,00
40.2-Xlorfenil305,55329,13
41.Xloridlər0,140,16
42.Xrom (Cr3+)30,5432,91
43.Xrom (Cr6+)106,95115,2
44.Xlor, sərbəst (aktiv xlor)166 366,5179 200
45.İzobutilasetat4,264,59
46.İzopren427,80460,80
47.Kadmium (Cd2+)427,80460,80
48.Kalium (K+)0,030,03
49.Kalsium (Ca2+)0,030,03
50.Kaprolaktan2,132,31
51.Kerosin213,84230,40
52.Kobalt (Co2+)213,84230,40
53.Ksilol (isomer qarışığı)42,7846,08
54.Manqan (Mn2+)213,84230,40
55.Maqnezium (Mg2+)0,030,03
56.Metanol21,3923,04
57.Metilmerkaptan10 695,0011 520,00
58.Mis (Cu2+)213,84230,40
59.Molibden2 139,002 304,00
60.Natrium (Na+)0,030,03
61.Neft və neft məhsulları66,5571,68
62.Nikel (Ni2+)213,84230,40
63.Nitrat-ion0,060,06
64.Nitrit- ion26,7328,80
65.OBT51,121,16
66.Piridin213,84230,40
67.Polietilenamin2 139,002 304,00
68.Pestisidlər21 390,0023 040,00
69.Qalay19,0820,55
70.Qliserin4,264,59
71.Qurğuşun (Pb2+)21,3923,04
72.Rodanid       (kalium       - rodanid)14,2515,36
73.Rodanid      (natrium      - rodanid)11,2512,12
74.Rubidium (Rb2+)21,3923,04
75.Sianidlər42,7846,08
76.Selen (Se6+)2 139,002 304,00
77.Silisium0,210,24
78.Sink (Zn2+)213,84230,40
79.

SSAM     (sintetik     səthi aktiv        maddələr           -

detergentlər )

33,2735,84
80.Stirol2,132,31
81.Stronsium5,345,76
82.Sulfat – ion (sulfatlar)0,140,16
83.Sulfit – ion (sulfitlər)1,141,23
84.Stibium (sürmə)42,7846,08
85.Toluol4,264,59
86.Volfram2 673,752 880,00
87.Vanadium2 139,002 304,00
88.Yağlar, piylər5,976,63

Atmosfer havasına çirkləndirici maddələrin atılmasına görə ödəniş NORMATİVLƏRİ

Sıra

№-si

Çirkləndirici maddənin adı

Çirkləndirici maddənin atmosferə atılmasına görə ödəniş normativi

(manat/ton)

123
1.Ağac (taxta) tozu36,0
2.Alüminium-oksid64,35
3.Ammonyak19,8
4.Arsen oksidləri3 012,3
5.Asetaldehid79,2
6.Aseton4,2
7.Azot oksidləri78,45
8.3,4 -benz(a)piren133 456,0
9.Benzin1,65
10.Benzol9,6
11.Bərk hissəciklər (ümumi toz)41,4
11.1.PM11022,8
11.2.PM2,510,8
12.Butan-butilen1,65
13.Butilasetat4,2
14.Butilen0,96
15.Dimetilamin271,5
16.Etilasetat4,2
17.Etilbenzol135,8
18.Fenol11 820,0
19.Flüoridlər1 868,4
20.Formaldehid496,0
21.Furfurol54,4
22.Gips və əhəng istehsalı tozu47,8
23.Hidrogen flüorid768,0
24.Hidrogen xlorid22,2
25.Hidrogen sianid537,05
26.Hidrogen sulfid104,4
27.His169,2
28.İzopropilbenzol225,5
29.Karbohidrogenlər4,95
30.Karbon (II) oksid (dəm qazı)1,98
31.Katalizator tozu111,3
32.Kobalt və onun oksidi3 298,2
33.Ksilol6,2
34.Kükürd anhidridi42,0
35.Manqan və onun birləşmələri13 482,9
36.Metan1,65
37.Metil spirti24,24
38.Metil stirol43,0
39.Metilasetat7,14
40.Metilmerkaptan5 509,8
41.

Na,Mg,K,Ca,Fe,Sr,Mo,W,Bi

oksidləri

28,8
42.Naftalin156,9
43.Nikel və oksidləri10 438,2
44.Nitrobenzol96
45.Ozon673,5
46.Qeyri-üzvi qurğuşun birləşmələri3 476,10
47.Qeyri-üzvi civə birləşmələri3 476,10
48.Sement tozu1 717,6
49.Silisium oksidləri158,6
50.Sink oksid466,8
51.Sirkə turşusu35,1
52.Slyuda tozu2 673,0
53.Stirol156,6
54.Sulfat turşusu93,3
55.Talk tozu136,5
56.Toluol3,4
57.Vanadium (V) oksid4 670,7
58.Xlor343
59.Xlorbenzol8,6
60.Xrom (VI valentli)19 065,6
61.Yağ turşusu60,6

Oxunma sayı: 3697

Oxşar yazılar