MAQATE ekspertlərinin Zaporojye AES-ə səfər vaxtı AÇIQLANDI

  • 23:55 - 19 Avqust

MAQATE-nin Zaporojye AES-ə missiyası, əgər kənar amillər olmasa, sentyabrda baş tuta bilər. 

Avropa.info xəbər verir ki, bunu cümə günü Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. 

“Bütün bunları müzakirə etmək, razılaşdırmaq olar, - sonuncu dəfə bütün bunlar iyun ayında edilib. İndi biz müəyyən mənada yenidən başlamalıyıq, bunun üçün vaxt lazımdır. Proqnozlar həmişə özünü doğrultmur, amma hisslərimə görə, sentyabrın ilk günləri haqqında kifayət qədər real danışa bilərik. MAQATE-nin səfərinin məqsəd və vəzifələrinə birbaşa aidiyyatı olmayan bəzi kənar amillər yenidən ortaya çıxmasa”, o, brifinq zamanı bildirib. 

MAQATE-nin Zaporoje AES-in ətrafında demilitarizasiya zonası təklifini dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı sualı cavablandıran Ulyanov deyib: “Mən düşünmürəm ki, bir sadə səbəbə görə: silahsızlaşdırılmış zonaların yaradılmasının MAQATE-nin mandatı ilə heç bir əlaqəsi yoxdur".


Oxunma sayı: 3235

Oxşar yazılar