Quzey Kıbrıs XİN-dən ədalətsizliyə ETİRAZ: "Bu, hərbi çevrilişi unutdurmağa çalışmaqdır"

  • 14:23 - 19 Avqust

Cənubi Kipr rum Administrasiyasının (GKRY) Xarici İşlər Nazirliyi ölkəmizə və Ana Vətən Türkiyə Cümhuriyyətinə qarşı əsassız iddialarla çıxış edib. GKRY mağdur ədəbiyyatı düzəldərək, bütün suçlular kimi, keçmiş günahlarına bəraət qazandırmağa çalışmaqdadır.

Avropa.info xəbər verir ki, bu barədə Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir. 

Bildirilib ki, rum Xarici İşlər Nazirliyi 1960-cı ildə Kipr rum rəhbərliyinin Kıbrıs Cümhuriyyətini silah gücü ilə dağıtdığı və Kıbrıs türklərini anklavlara qapadaraq, barbar münasibətlərə məruz qoyduğu 11 illik bir müddət ərzində adanı Yunanıstana bağlamaq məqsədi daşıyan hərbi çevrilişi unutdurmağa çalışmaqdadır. 

Açıqlamada daha sonra deyilir:

"Adadakı yeganə işğal 1960-cı ildə rum rəhbərliyinin Kıbrıs Cümhuriyyətinin işğal etməsidir. Rumlar tərəfindən dövlətsiz buraxılan Kıbrıs Türk xalqı öz müqəddəratını təyin etmə hüququndan istifadə edərək Quzey KıbrısTürk Cümhuriyyətini qurdu. Qanunun aliliyinə inanan dünyəvi Kıbrıs Türk xalqının dövləti, demokratik yolla seçilmiş prezidenti, Məclisi və hökuməti var. Kipr Rum Administrasiyası KıbrısTürk xalqını qanuni və ya faktiki olaraq təmsil etmir. Yalnız Kipr Rum Administrasiyasının tanınması əxlaqi dəyərdən və ədalətdən məhrumdur. 

Kipr Rum Rəhbərliyi hələ də Kıbrıs məsələsi ilə bağlı paradiqmanın dəyişdiyini bilmədən reallıqlardan qopmuş bir siyasət davam etdirir. Bundan əlavə, “siyasi bərabərliyə əsaslanan iki bölgəli, iki icmalı federal həll modeli”nin dəfələrlə iflasa uğraması Kipr Rum tərəfinin bu modelə saxta sadiqliyini ortaya qoyur. Bu ikiüzlülük Kipr Rum rəhbərliyinin gündəlik siyasətinin bir hissəsinə çevrilib. Kipr Rum tərəfi bir tərəfdən qeyri-insani təcridlə Kıbrıs türklərinin sosial-iqtisadi inkişafına mane olur, digər tərəfdən isə dünyaya yeganə qapımız olan Türkiyə ilə diplomatik və iqtisadi əlaqələrimizin dərinləşməsindən şikayətlənir. 

Kıbrısda iki dövlətin suveren bərabərliyinə əsaslanan həll variantı məcburiyyət deyil, Kipr Rum Xarici İşlər Nazirliyinin iddia etdiyinin əksinə olaraq, yeganə real və davamlı variantdır. BMT Təhlükəsizlik Şurasının Kıbrısda 50 ildən çox müddətə resept olaraq təklif edilən, lakin artıq bir seçim olaraq tükənmiş federal həll modeli üzərində inadkarlığı bir məcburiyyətdir. Rəsmi danışıqlara başlamazdan əvvəl KKTC-nin suveren bərabərliyini təsdiq etməklə məqbul və davamlı razılaşma əldə edilə bilər. 

Tolerantlıq mədəniyyəti, beynəlxalq birliyin hörmətli üzvü kimi sülhün, əmin-amanlığın və əməkdaşlığın bərqərar olması və qorunub saxlanmasında öncülük edən Ana Vətən Türkiyə ilə birlikdə bütün haqsızlıqlara və çətinliklərə baxmayaraq, hüquqlarımızı qoruyaraq sürətlə irəliləyəcək və inkişaf edəcəyik".


Oxunma sayı: 2938

Oxşar yazılar