Samuxda özünü yandıran qazinin vəziyyəti AÇIQLANDI

  • 14:04 - 19 Avqust

Ötən gün Samux Rayon İcra Hakimiyyətinin binası qarşısında özünü yandıran şəxsin vəziyyəti açıqlanıb.

TƏBİB-dən Avropa.info-ya bildirilib ki, vətəndaş Təbriz Abdullayev 18.08.2022-ci il saat 16:30 radələrində Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə bədəninin 75-80% yanığı, III-IV dərəcəli termiki alov xəsarəti ilə daxil olub.

Hazırda reanimasiya şöbəsində həkim nəzarəti altındadır, vəziyyəti ağırdır.

Qeyd edək ki, Təbriz Abdullayev əvvəlcə Gəncə şəhərindəki xəstəxanaya yerləşdirilsə də, sonradan Bakıya - Respublika Yanıq Mərkəzinə göndərilib. Onun bədəninin 60 faizə qədəri yanıb.

T. Abdullayevin Vətən müharibəsi qazisi olduğu bildirilir. 


Oxunma sayı: 3213

Oxşar yazılar