10 kəndin əkini alovlar içində: Şabran və Qubada dəhşətli yanğın - FOTOlar

  • 13:57 - 19 Avqust

Avropa.info Şabran və Qubanın kəndlərini əhatə edən meşə yanğının bu günə olan son vəziyyətinin xülasəsini təqdim edir:

- Meşə yanğını zamanı başlıca olaraq Şabranın Dağ Bilici kəndində 7 ailənin əmlakına ciddi zərər dəyib və 1 ev təmamilə yanıb kül olub. Xeyli ev heyvanı isə tələf olub. Təxminən əlavə olaraq 10 kəndin əkin sahələri alovlar içində qalıb. 

- Yanğın hələ də davam edir. Bəzi yerlərdə yanğın lokallaşdırılıb, ancaq bəzi hissələrdə əvvəlcədən söndürülmüş meşəlik ərazilər yenidən alovlanıb. Hazırda Şabranın Çayqışlaq kəndindən Dağ Bilici kəndi istiqamətinə 2 hissədə yanğın yayılmaqda davam edir.

Həmçinin, Qalaaltı kəndinin cənub qərb hissəsində və Çayqışlaq kəndindən şimal istiqamətə yanğının davam etdiyi bildirilir. 

Ümumilikdə, 1000 hektardan artıq ərazi yanıb.

 

 

 

 

 

 


Oxunma sayı: 4522

Oxşar yazılar