Blinken İsveç və Finlandiya ilə bağlı sənədləri NATO-ya təqdim etdi

  • 18:36 - 19 Avqust

ABŞ dövlət katibi Entoni Blinken Finlandiya və İsveçin alyansa qəbulu ilə bağlı sazişlərin ABŞ tərəfindən ratifikasiyasına dair protokolları NATO-ya təhvil verib.

Avropa.info bildirir ki, bu barədə Amerika diplomatiyasının rəhbəri Twitter-də məlumat verib. 

Bundan əvvəl, avqustun 9-da ABŞ prezidenti Co Bayden Finlandiya və İsveçin NATO-ya qəbulu haqqında sazişlərin ratifikasiyasına dair protokolları imzalayıb. 

Finlandiya və İsveç mayın 18-də NATO-ya üzv olmaq üçün rəsmi müraciət ediblər. 

Sənədlər bütün NATO dövlətləri tərəfindən ratifikasiya edildikdən sonra Helsinki və Stokholm təşkilata üzv olacaq. Təsdiq məktubları saxlanmaq üçün ABŞ Dövlət Departamentinə göndərilir. 

Türkiyə iki Skandinaviya ölkəsinin terrorla mübarizədə konkret addımlar atacağı və Ankaranın təhlükəsizlik sahəsindəki mövqeyini nəzərə almaq şərtilə ərizəni təsdiqləyəcəyini bəyan edib. 

İyunun 28-də NATO sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveç arasında üçtərəfli memorandum imzalanıb, bundan sonra iki ölkənin NATO-ya qəbulu prosesinə rəsmən start verilib.


Oxunma sayı: 2916

Oxşar yazılar