Ərdoğandan dialoq TƏKLİFİ: "Putinlə Zelenski arasında görüşə ev sahibliyi etməyə hazırıq"

  • 13:31 - 19 Avqust

Türkiyə Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməyə və bu ölkə ilə həmrəylik nümayiş etdirməyə davam edəcək. 

Avropa.info xəbər verir ki, bunu ötən gün Türkiyə, Ukrayna liderləri və BMT baş katibinin üçtərəfli görüşünün keçirildiyi Lvovdan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Türkiyə lideri əmin edib ki, Ankara Ukrayna böhranının diplomatik yolla həllinə bundan sonra da lazımi töhfə verəcək. 

Ərdoğan Türkiyənin Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında görüşə ev sahibliyi etməyə hazır olduğunu bir daha bəyan edib. 

Türkiyə lideri həmçinin Türkiyənin Ukraynanın bərpası prosesində iştirak etməyə hazır olduğunu bildirib. 

O, Zaporojye AES ətrafında yaranmış vəziyyətə toxunaraq, Beynəlxalq Atom Enerjisi Agentliyini (MAQATE) Zaporojye AES-də təhlükəsizliyi təmin etmək üçün lazımi tədbirlər görməyə çağırıb.


Oxunma sayı: 2817

Oxşar yazılar