Azərbaycanda tanınmış müğənni SAXLANILDI - FOTO

  • 16:31 - 19 Avqust

Musiqi ilə narkomaniyanı təbliğ edən İlkin Çərkəzoğlu (Hüseynli) polis tərəfindən saxlanılıb.

Avropa.info bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev öz şəxsi "Facebook" səhifəsində məlumat verib. 

O, bildirib ki, müğənni səhvini etiraf edib.

"Musiqi ilə narkomaniyanı təbliğ edən İlkin Çərkəzoğlu (Hüseynli) polis tərəfindən saxlanılıb. O, etdiyi səhvi səmimi etiraf edib və təbliğ etdiyi videoları könüllü olaraq sosial şəbəkələrdən silib.

Onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunmaqla yanaşı, narkotik aludəçiliyi nəzərə alınaraq məhkəmənin qərarı ilə məcburi müalicəyə göndərilib".


Oxunma sayı: 6513

Oxşar yazılar