Rəsulzadənin daha bir NADİR FOTOSU üzə çıxdı

  • 15:26 - 19 Avqust

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin nadir fotosu üzə çıxıb.

Avropa.info xəbər verir ki, 1927-ci il mayın 28-də İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 9-cu ildönümü ilə bağlı tədbirdə çəkilmiş unikal foto feysbukda “Auksion/Hərrac” səhifəsində hərraca çıxarılıb.

Fotonun əski əlifba ilə təqdimatında bu sözlər yazılıb: “İstiqlal ələmdarı, möhtərəm rəisimiz Məhəmməd Əmin Bəy əfəndiyə təqdim”.

Ehtimal olunur ki, nadir foto Rəsulzadənin arxivindən götürülüb.

Tarixi kadrda Xəlil bəy Xasməhəmmədov, Şəfi bəy Rüstəmbəyov, Mustafa Ağa Vəkilov, Məhəmmədsadıq Aran, Şəfiqə xanım Qaspiralı da yer alıb.

İlkin hərrac qiyməti 10 AZN müəyyənləşdirilən fotoya hazırda 400 AZN təklif olunur.


Oxunma sayı: 3345

Oxşar yazılar