Nazir müəllimlərin maaşına görə Prezidentə təşəkkür etdi

  • 16:50 - 18 Avqust

Elm və təhsil naziri Emin Əmrullayev müəllimlərin maaşlarına əlavələr edilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Avropa.info xəbər verir ki, nazir bu barədə feysbuk hesabında yazıb.

"Cənab Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, 1 sentyabr 2022-ci il tarixindən təhsilalanların sayına görə dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin, eləcə də sertifikatlaşma nəticəsinə görə müəllimlərin vəzifə maaşlarına aylıq əlavələrin edilməsi nəzərdə tutulur. Təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması məqsədilə verilmiş Fərmana görə ölkə başçısına təhsil ictimaiyyəti adından dərin minnətdarlığımızı bildiririk", - paylaşımda deyilir.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” Fərman imzalayıb.


Oxunma sayı: 2630

Oxşar yazılar