Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq

  • 16:02 - 18 Avqust

Ermənistan Azərbaycanla sərhəddə üç buraxılış məntəqəsi açacaq.

Avropa.info xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təklif etdiyi layihədə deyilir.

Sözügedən buraxılış məntəqələri bunlardır: Kəlbəcər (Kəlbəcər rayonu), Sədərək (Sədərək rayonu), Eyvazlı (Qubadlı rayonu).

Layihənin əsaslandırılmasında qeyd edilir ki, layihənin qəbul edilməsi Baş nazir Nikol Paşinyanın avqustun 4-də hökumətin iclasında verdiyi göstərişləri yerinə yetirmək zərurətindən irəli gəlir.

Qeyd edək ki, avqustun 4-də erməni Baş naziri bildirib ki, Ermənistan Naxçıvanlaə Azərbaycan arasında əlaqələri günü bu gün təmin etməyə hazırdır.


Oxunma sayı: 4115

Oxşar yazılar