Danimarkanın Kraliçası Azərbaycanın dostunu təltif etdi

  • 15:14 - 18 Avqust

Danimarka parlamentinin sabiq millət vəkili, hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edən Hüseyn Arac Danimarkanın ictimai-siyasi və sosial həyatında fəallığına görə Danimarka Krallığının “Şərəf” medalı ilə təltif edilib. 

Bu barədə Avropa.info-ya Türk Ağsaqqalları Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, siyasətçinin dostu Elnur Elturk məlumat verib. 

“Hüseyn Arac Danimarkanın Kraliçası Ülyahəzrət II Marqrete tərəfindən “Şərəf” medalı xidmət medalı ilə təltif edilib. Hüseyn Arac Danimarkanın ilk türk əsilli millət vəkilidir. Hal-hazırda Arhus şəhər bələdiyyəsinin üzvüdür. Hüseyn Arac bir neçə dəfə Azərbaycanda səfərdə olub. Qarabağ işğalda olduğu müddətdə Azərbaycanı müdafiə edən açıqlamalar verib. O, eyni zamanda Azərbaycanda yeni yaranan Türk Ağsaqqalları Birliyi idarə heyətinin üzvüdür. Birlik yarandığı gündən ilk mənəvi dəstəyini göstərib”, - deyə o bildirib. 

Elnur Eltürk onu da qeyd edib ki, Sosial Demokrat Partiyasından millət vəkili olduğu müddətdə Danimarkanın, Türkiyənin Avropa Birliyinə üzv olması üçün dəstək verib və önəmli fəaliyyətlərə imza atıb.


Oxunma sayı: 2157

Oxşar yazılar