36 yaşlı baş nazir əyləncə məclisindəki görüntüləri ilə GÜNDƏM OLDU – FOTO/VİDEO

  • 14:45 - 18 Avqust

Finlandiyanın 36 yaşlı baş naziri Sanna Marinin qatıldığı ziyafətin görüntüləri sosial mediada əksini tapıb. Görüntülər qısa zamanda sosial mediada müzakirə mövzusu olub.

Avropa.info xəbər verir ki, sözügedən görüntülərdə Marinin yoldaşları ilə içki içdiyi, finlandiyalı reper Petri Nygard və pop müğənnisi Antti Tuiskunun mahnılarını rəqs etdiyi və oxuduğu görünür.

Finlandiyanın “İltalehti” qəzetinin məlumatına görə, görüntülərdə Marini müğənni Alma, teleaparıcı Tinni Wikström, YouTuber İlona Ylikorpi və radio aparıcısı Karoliina Tuominen müşayiət edir.

Məşhur adlarla əylənən Marinin bu görüntüsü ilə bağlı xəbərlərdə "Videolara əsasən onların nə vaxt və harada çəkildiyini dəqiq söyləmək mümkün deyil" deyilir.

Görüntülər internetdə yayıldıqdan sonra qəzet Marin və ya komandasından məlumat almağa çalışdığını, lakin cavab ala bilmədiyini açıqlayıb.

Marin paytaxt Helsinkidə keçirilən "Flow" festivalında çəkdirdiyi fotoşəkilləri ilə gündəmə gəlib. Müəllif Tom Moyan Finlandiyanın baş naziri Sanna Marinin Flow Festivalında çəkilmiş şəklini "Tvitter" səhifəsində paylaşıb. Rəsmi fotoqrafı Janita Autio ilə obyektiv qarşısına keçən Marin bu fotosu ilə yenidən gündəm olmağı bacarıb.

 

Finlandiya Başbakanı Sanna Marin’in parti görüntüleri gündemde - 4

 

Finlandiya Başbakanı Sanna Marin’in parti görüntüleri gündemde - 7

Oxunma sayı: 3312

Oxşar yazılar