Qazaxıstan Prezidenti Azərbaycana gəlir

  • 22:39 - 18 Avqust

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək.

Avropa.info xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər avqustun 24-də baş tutacaq.

Bildirilib ki, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

Eyni zamanda, iki ölkə arasında bir neçə sənədin imzalanması da gözlənilir.


Oxunma sayı: 1442

Oxşar yazılar