Prezident 5 ölkənin yeni səfirini qəbul etdi - YENİLƏNİB

  • 13:27 - 18 Avqust

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monqolustanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Munxbayar Qombosurenin etimadnaməsini qəbul edib.

Avropa.info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı, həmçinin Cənubi Afrika Respublikasının yeni səfiri xanım Dipuo Berta Letsatsi-Dubanın, Çad Respublikasının fövqəladə və səlahiyyətli səfiri Adum Danqay Nokur Qetin, Yeni Zelandiyanın ölkəmizdə yeni təyin olunan səfiri xanım Zoe Daun Kolson-Sinklerin və Efiopiya Federativ Demokratik Respublikasının səfiri Adem Muhammed Mahmudun etimadnamələrini qəbul edib.

 

 

 

 

 

 

 

 

 

 

 


Oxunma sayı: 1409

Oxşar yazılar