Çempionlar Liqası: "Qarabağ" "Viktoriya" ilə heç-heçə etdi – YENİLƏNİB

  • 22:43 - 17 Avqust

"Qarabağ" bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununa çıxıb.

Avropa.info xəbər verir ki, Ağdam təmsilçisi Çexiya "Viktoriya"sı (Plzen) ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matç qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 23-ü Çexiyada oynanılacaq.

17 avqust

Çempionlar Liqası, pley-offun ilk oyunu

20:45. Qarabağ – Viktoriya (Çexiya) - 0:0
Hakimlər: Slavko Vinçiç, Tomaj Klançnik, Andraj Kovaçiç, Rade Obrenoviç (hamısı Sloveniya).
Tofiq Bəhramov adına Respublika Stadionu


Oxunma sayı: 6491

Oxşar yazılar