
I qrup üzrə keçid balları artacaq - DİM sədri
- 15:38 - 16 Avqust
Bu il birinci qrup üzrə müəyyən ixtisaslarda keçid balları artacaq.
Avropa.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
“Bu il I qrup üzrə 600-dən yuxarı bal toplayanların sayı ötən illə müqayisədə təxminən iki dəfə artıb. Bu da o deməkdir ki, ixtisaslarda keçid balları artacaq”, - deyə DİM sədri vurğulayıb.