İran ordusuna gözlənilməz ZƏRBƏ - Yüksək rütbəli zabiti öldürüldü

  • 11:14 - 16 Avqust

İsrail hərbi hava qüvvələrinin Suriyanın Tartus və Dəməşq vilayətlərinə zərbə endirməsi nəticəsində İran ordusunun zabiti ölüb.

Avropa.info teleqraf.com-a istinadən bildirir ki, avqustun 14-də gecə saatlarında baş verən hava hücumu zamanı ümumilikdə 3 nəfərin öldüyü, 3-nün isə yaralandığı bildirilir.

Suriya İnsan Haqları Monitorinq Mərkəzi raket zərbələrinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) istifadə etdiyi bazalara endirildiyini iddia edib.

İddiaya görə, hücum zamanı SEPAH-ın yüksək rütbəli zabiti öldürülüb.


Oxunma sayı: 2388

Oxşar yazılar