60 il qabaqkı qəzetdə yarım əsr sonra gerçəkləşən proqnoz tapıldı

  • 10:00 - 16 Avqust

60 il qabaqkı qəzetdə materialın dərcindən yarım əsr sonra gerçəkləşən smartfonların yaranması ilə bağlı proqnoz tapılıb.

Avropa.info milli.az-a istinadən bildirir ki, Mensfildin (Ohayo ştatı, ABŞ) regional nəşrinin saralmış səhifəsinin fotoşəkili olan yazı Reddit istifadəçisi tərəfindən dərc edilib.

1963-cü ilin aprelində dərc olunmuş məqalədə deyilib: "Bir gün Mensfild sakinləri ciblərində telefon daşıyacaqlar. Ancaq bunun sabah olacağını gözləməyin. Telefon şirkətinin menecerinin sözlərinə görə, bu cür cihazların kommersiya məqsədli istifadəsi uzaq gələcəkdir, lakin artıq ilk laboratoriya sınaqlarına başlanılıb".

1963-cü ildəki alimlərin fikrincə, gələcəyin bəzi telefonları müasir dinamikli telefonların analoqu olmalı idi.

Bu, evdar qadınlara yemək bişirməkdən yayınmadan zənglərə cavab verməyə imkan verəcəkdi. Gələcəkdə başqa bir telefon cihazının televizorlar kimi kiçik ekranlara sahib olacağı proqnozlaşdırılıb. Buna görə də məqalə müəllifləri onları "TV fonlar" adlandırıblar.


Oxunma sayı: 2377

Oxşar yazılar