Ərdoğan: Türkiyənin beynəlxalq aləmdə nüfuzu durmadan artır

  • 23:10 - 15 Avqust

Son illər Türkiyənin beynəlxalq aləmdə nüfuzu durmadan artır. 

Avropa.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya)  nümayəndələri ilə görüşündə deyib. 

Ərdoğanın sözlərinə görə, bugünkü Türkiyə bütün platformalarda, o cümlədən BMT və NATO-da öz milli maraqlarını qətiyyətlə müdafiə edir. 

Türkiyə lideri qeyd edib ki, ölkə səmərəli diplomatiya aparmaqla nəzərdə tutulan nəticələrə uğurla nail olur. 

Ərdoğan həmçinin əlavə edib ki, hakimiyyətin son iyirmi ildə həyata keçirdiyi siyasət sayəsində Türkiyə “daha ​​demokratik və azad ölkəyə, bərabər imkanlar ölkəsinə” çevrilib.


Oxunma sayı: 2630

Oxşar yazılar