Ərdoğandan 2023-cü il MESAJLARI: İrqçi, məzhəbçi nifrətin millətimizin birliyini zədələməsinə imkan verməyəcəyik – VİDEO

  • 22:47 - 15 Avqust

Türkiyə Prezidenti və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan partiyasının 21-ci ildönümü ilə bağlı tədbirə qatılıb.

Avropa.info xəbər verir ki, Ərdoğan çıxışında partiya üzvlərinin yol yoldaşlığına görə Allaha həmd etdiyini bildirib.

"Yunusdan (Yunus Əmrə nəzərdə tutulur- red) ilham ilə söyləsək, bir idik, iyirmi bir olduq, bir-birimizə qardaş olduq, millətə xidmətkar oluduq, yürüdük, əlhəmdülillah, vardığımız yerlərə, yad ellərə, girdiyimiz uca könüllərə sevgini, məhəbbəti qəlblərə saçdıq, əlhəmdüllilah. Dirildik, pınar olduq, irkildik irmaq olduq, dünya ilə yarışar olduq, aşdıq, əlhəmdüllilah. Bəri gəl, qucaqlaşalım, uzaq isək yaxınlaşalım, ölkəmizi böyüdəlim, qərarlıyəq, əlhəmdülilah", ifadələrini işlədib.

Girdikləri ilk seçkidə 34 faiz səslə onları iqtidara gətirən millətin  40-50 faizi bülletenlə həmişə AK Partiyanı seçki qutusundan birinci çıxardığını xatırladan Ərdoğan bildirib ki, prezident seçkilərində və ümumxalqxalq səsvermələrində bu göstəricilər 52 faiz, hətta 69 faizə qədər yüksəlib. 

Türkiyənin siyasi, iqtisadi və sosial baxımdan ən çətin dövründə AK Partiyanın qurucu idarə heyətində iştirak edən dostlarına minnətdarlığını bildirən Ərdoğan partiyaya səs və dəstək verənlərə təşəkkür edib.

"İnancımızın və insanlığımızın bir tələbi olaraq apardığımız bu mübarək mübarizəni 2023-cü il seçkilərində qalib gələrək taclandıracağımıza ümid edirəm. Türkiyə 2023-cü il vizyonunu demokratiya və inkişafdakı çatışmazlıqlarını tamamlamaqda deyil, siyasəti və iqtisadiyyatı ilə dünyanın ən böyüklərindən biri olmaq hədəfi üzərində qurur. Kənardakı düşmənlərin və içimizdəki qafillərin bizə bu yolda mane olmasına imkan verməyəcəyik. Biz heç vaxt köhnə Türkiyənin xəstəlikləri, hiylələri və tələləri ilə ölkəmizin yüksəklik itirməsinə razı olmayacağıq. Xüsusən də son günlər naməlum tiplər tərəfindən qızışdırılması istənilən irqçi və məzhəb nifrətinin millətimizin birliyini, həmrəyliyini, əbədi qardaşlığını zəhərləməsinə imkan verməyəcəyik. Əşrəfi-məxluqat olan insanın rəngindən, mənsubiyyətindən, kimliyindən dolayı xor görən Əbu Cəhl zehniyyətindən ölkəmizi və millətimizi, nəyin bahasına olursa-olsun, qərarlıyıq", - deyə o bildirib.


Oxunma sayı: 2586

Oxşar yazılar