Baş nazir iki universitetlə bağlı qərar imzaladı

  • 15:45 - 15 Avqust

Baş nazir Əli Əsədovun imzaladığı qərarla Azərbaycanda iki universitet publik hüquqi şəxsə çevrilib.

Avropa.info xəbər verir ki, bununla bağlı müvafiq qərarlar avqustun 15-də imzalanıb.

Sözügedən sənədlərə əsasən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olub.

Bu qərarlara əlavə olaraq həmin universitetlərin nizamnamələri təsdiq edilib.


Oxunma sayı: 1376

Oxşar yazılar