ABŞ-dan Türkiyəyə kritik F-16 DƏVƏTİ: Müdafiə Nazirliyi detalları AÇIQLADI

  • 15:20 - 15 Avqust

Türkiyədən bir hərbi nümayəndə heyəti F-16 qırıcılarının alınması və modernləşdirilməsi prosesi ilə bağlı danışıqlar aparmaq üçün ABŞ-a gedib. 

Avropa.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd edək ki, iki nümayəndə heyəti bundan əvvəl üç dəfə görüşüb. Vaşinqtonda keçiriləcək görüşlərdə ABŞ-ın Türkiyəyə F-16 döyüş təyyarələri satmasının texniki detallarının müzakirə ediləcəyi gözlənilir. 

Ötən ilin sentyabrında Türkiyə ABŞ-a 40 yeni F-16 qırıcısının alınması və inventarında olan 79 F-16 qırıcısının modernləşdirilməsi üçün rəsmi sorğu məktubu göndərib.

Bildirilir ki, danışıqlar zamanı Konqresə satışı planlaşdırılan F-16 döyüş təyyarələri və modernləşdirmə dəstlərinin ətraflı siyahısı və maliyyə çərçivəsi “təklif məktubu” üzərində öyrəniləcək.


Oxunma sayı: 5061

Oxşar yazılar