Avropa həyəcan təbili çalır: Bəzi ölkələrdə qiymətlər 240 faiz ARTDI

  • 15:04 - 15 Avqust

Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropanı vurmaqda davam edir. ABŞ və Böyük Britaniya ilə birgə hərəkət edən Avropa Birliyi (AB) ölkələri bir-birinin ardınca sanksiyaları qüvvəyə mindirərkən, bu qərarların mənfi əks-sədaları da başlayıb.

Avropa.info xəbər verir ki, Rusiyanın AB sanksiyaları səbəbindən təbii qaz nəqlini azaltması ilə Avropada qışda evlərdə istilik problemlərini həll etmək üçün tədbirlər artırılıb. İqlim böhranı ilə mübarizə aparmaq üçün kömür elektrik stansiyalarından qurtulmağı hədəfləyən Avropa bağladığı elektrik stansiyalarını yenidən açmağa başlayır. 

Digər tərəfdən, Almaniya, Hollandiya, Belçika, İsveç, Slovakiya, Estoniya və Baltikyanı ölkələrdə insanlar qışa hazırlıq üçün odun yığmağa başlayıblar. Araşdırmalara görə, bu ölkələrdə ağac tacirləri artan tələbatla ayaqlaşa bilməyib, odunun qiymətləri isə artıb. Estoniyada odunun qiyməti 240 faiz artıb.

Aralıq dənizi ölkələri, o cümlədən Türkiyə, təbii qaz böhranından yarana biləcək problemlərə qarşı xüsusilə yaşlı insanların qış aylarını keçirməsinə kömək etmək üçün hərəkətə keçib. Yunanıstan və İspaniya nazirləri qışda yanacaq xərclərindən qaçmaq üçün Almaniyadakı yaşlıları ölkələrinə dəvət edərkən, Türkiyədəki bəzi otellərin Almaniyadakı yaşlıların qışı Türkiyədə keçirməsinə şərait yaradacaq paket turlar üçün turizm şirkətləri ilə danışıqlar apardığı bildirilir. 

QƏNAƏT ÜÇÜN NƏLƏREDİLƏCƏK? 

> Reklam lövhələri işıqlandırılmayacaq. 
> Kömür elektrik stansiyaları yenidən işə düşəcək. 
> İctimai binalar aşağı səviyyədə qızdırılacaq. 
> Davamlı istifadə olunmayan yer qızdırılmayacaq. 
> Qış üçün şam və ağac ehtiyatları hazırlanacaq. 
> İctimai binalarda və mağazalarda işıqlar söndürüləcək. 
> İsti su yerinə soyuq su istifadə olunacaq. 
> Mikrodalğalı soba yeməyi qızdırmaq üçün istifadə olunacaq.


Oxunma sayı: 2520

Oxşar yazılar