Türkiyə də daxil olmaqla 42 ölkədən Rusiyaya Ukrayna ilə bağlı ÇAĞIRIŞ: Qüvvələrinizi dərhal o bölgədən geri çəkin!

  • 14:49 - 15 Avqust

Avropa Birliyi Türkiyə də daxil olmaqla 42 ölkənin dəstəklədiyi yazılı açıqlama yayıb. Açıqlamada Rusiyadan Zaporojyedəki atom elektrik stansiyasında yerləşdirilmiş qüvvələrini geri çəkməsi tələb olunub.

Avropa.info xəbər verir ki, rəsmi internet saytında dərc olunan açqılamada Rusiyanın Ukraynada apardığı müharibənin Ukraynaya qarşı əsassız və haqsız olduğu, beynəlxalq hüququn pozulması kimi qiymətləndirilib. 

ABŞ, Yaponiya, Koreya, Türkiyə və Kanada da daxil olmaqla 42 ölkə adından edilən açıqlamada deyilir: 

“Biz Rusiya Federasiyasını Ukrayna hakimiyyətinin Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suveren öhdəliklərini qoruya bilməsi üçün Zaporojye AES-dən, onun bilavasitə yaxınlığından və bütün Ukraynadan hərbi qüvvələrini və bütün digər icazəsiz personalını dərhal çıxarmağa çağırırıq. Qanuni kadrlar kənar müdaxilə və təhlükə olmadan öz vəzifələrini yerinə yetirə bilərlər".

Digər tərəfdən, Zaporojye atom elektrik stansiyasında sahə işləri aparmaq üçün bir qrup göndərilməsinin lazım olduğunu təkrarlayan MAQATE direktoru Qrossiyə dəstək verilib.

Rusiya Müdafiə Nazirliyi dünən verdiyi açıqlamada Ukrayna ordusunun Xerson şəhərinin şərqindəki Kaxovkada su elektrik stansiyasını hədəfə aldığını bildirib.

Hücum nəticəsində elektrik stansiyasındakı 6 turbindən 3-nün dayandığı bildirilib. Sözügedən hücumun Zaprojyadakı nüvə reaktorlarının soyumasına mənfi təsir göstərə biləcəyi və bunun ekoloji fəlakətə səbəb ola biləcəyi bildirilib.


Oxunma sayı: 3081

Oxşar yazılar