DİN-dən Laza sakinlərinin turistləri kəndə buraxmaması ilə bağlı AÇIQLAMA

  • 13:54 - 15 Avqust

"Qəbələ rayonunun Laza kəndində yolun darlığı avtomobillərin hərəkətində çətinliyə səbəb olub və buna görə yerli sakinlərlə gələn turistlər arasında sözlü mübahisə yaranıb".

Bunu Avropa.info-ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib.

O əlavə edib ki, əraziyə cəlb edilən polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların əməkdaşları həmin şəxslərlə profilaktik söhbət aparıb və görülən zəruri tədbirlərlə nəqliyyatın axını bərpa edilib.

Həmin vaxt hər hansısa bir insident qeydə alınmayıb.


Oxunma sayı: 3180

Oxşar yazılar