Türkiyə Milli Müdafiə Nazirliyindən Kıbrıs MESAJI: "Hər zaman dəstəyimizi davam etdirəcəyik”

  • 13:48 - 15 Avqust

Türkiyə Kıbrıs türklərinə ədalətli mübarizəsində dəstəyini davam etdirəcək. 

Avropa.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir. 

Açıqlamada yunan terror təşkilatı EOKA-nın 1958-ci ildən bəri sistemli şəkildə Kıbrıs türklərinə qarşı hücumlar həyata keçirdiyi xatırladılır. 

“Bu hücumlar zaman-zaman türklərə qarşı zorakılığa və amansız cinayətlərə çevrilib”, deyə bildirilib. 

Açıqlamada EOKA üzvlərinin 23 dekabr 1963-cü ildə Kipr türklərinə qarşı törətdiyi və tarixə “Qanlı Milad bayramı” adı ilə keçən silahlı hücuma diqqət çəkilib. 

“Terrorçular və onların qorxaq şərikləri uşaqdan, qadından, qocadan asılı olmayaraq soydaşlarımızı məhv etmək üçün uzun müddət hücumlarını davam etdirdilər. 1974-cü ilin iyulunda türk ordusu təqiblərə son qoymaq və adaya sülhü bərpa etmək üçün addımlar atdı. Həm türklərin, həm də yunanların təhlükəsizliyi 48 il əvvəl baş tutan Kıbrıs sülhməramlı missiyası tərəfindən təmin edilib. Kıbrıs sülhməramlı əməliyyatını işğal adlandıranlar, tarixi faktlara məhəl qoymayanlar 1958-1974-cü illər arasında baş vermiş qırğınları dünyanın görməsinə mane olmağa çalışanlardır”, - Müdafiə Nazirliyi vurğulayıb. 

Qeyd olunur ki, sülhməramlı missiya sayəsində adada sülh, əmin-amanlıq və sükut bərqərar edilib. 

“İndi biz Kıbrısda yeganə həll yolunun iki dövlətli həll olduğunu görməliyik. Kıbrıslı türk qardaşlarımızın haqlı işlərində hər zaman dəstəyimizi davam etdirəcəyik”, - deyə nazirliyin açıqlamasında bildirilir.


Oxunma sayı: 2905

Oxşar yazılar