Sağ olduğu halda ölü kimi qeydiyyatdadır - Rusiyada yaşayan Abil Zeynalov Azərbaycana gələ bilmir - VİDEO

  • 19:37 - 15 Avqust

Quba rayonunun Rustov kəndində doğulan və hazırda Rusiyada yaşayan Abil Zeynalov Azərbaycanda ölü kimi qeydiyyata alınıb.

Avropa.info xəbər verir ki, 1955-ci ildə anadan olan Abil Zeynalov 1996-cı ildə Rusiyaya gedib. O, bir müddət sonra Azərbaycana qayıtmaq istəyib, amma alınmayıb. Səbəb isə onun 2011-ci ildən ölü kimi qeydiyyata alıması olub.

Bu fakt vətənə qayıtmaq üçün qardaşından ona aid sənədləri hazırlayıb Rusiyaya göndərməsini istəyərkən ortaya çıxıb.

Abil Zeynalov deyib ki, aidiyyəti üzrə müraciət etsə də, hələ ki, nəticə əldə edə bilməyib. Hazırda onun əlində təkcə hərbi bileti var.

Qardaşı Abil Zeynalovun ölüm haqqında sənədini onun keçmiş həyat yoldaşının 11 il əvvəl hazırlatdığını iddia edib.

Məsələyə münasibət bildirən Quba rayon qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra edən Kamran İbrahimov isə "Xəzər Xəbər"ə deyib ki, ölüm kağızı məhkəmənin qətnaməsinə əsasən hazırlanıb.

Vətənində ölü olaraq bilinən Abil Zeynalov da bunu onun keçmiş həyat yoldaşının qardaşı ilə birləşərək onun mülklərini ələ keçirmək üçün etdiyini iddia edir. Abil Zeynalovun keçmiş həyat yoldaşını isə tapmaq mümkün olmayıb. Onun hazırda başqa bir insanla ailə qurduğu deyilir.

Qeyd edək ki, Abil Zeynalov Rusiyada səfirliyə müraciət edərək sağ olduğunu sübut edib. Qayıdış sənədi almaqla Azərbaycana gələcək. Gəldikdən sonra isə məhkəməyə müraciət etməlidir. Yalnız  bundan sonra məhkəmə qətnaməsi ləğv oluna bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Oxunma sayı: 2795

Oxşar yazılar