Xalq artisti Mərdəkan Mədəniyyət Sarayının qonağı olacaq

  • 13:13 - 15 Avqust

23 avqust saat 14:00-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında "Qonağımız var" layihəsi çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti, Xoreoqrafiya Akademiyasının prorektoru, dosent Təranə xanım Muradova ilə görüş keçiriləcək.  

Tədbirdə Xalq artisti  mədəniyyət sarayında xoreoqrafiya sənəti ilə məşğul olan gənc rəqqaslara ustad dərsi keçməklə yanaşı,  həm də onun sənətinə pərəstiş edən sevimli tamaşaçıları ilə görüşəcək. Azərbaycan millı rəqs sənətini dünyanın hər yerində böyük sevgi və uğurla nümayiş etdirən, milli mədəniyyətimizin böyük təbliğatçısı ustad rəqqasə  həm də həyat və yaradıcılığı haqqında onları maraqlandıran suallara  cavab verəcək.

Qeyd edək ki, tədbir media nümayəndələri üçün açıqdır.


Oxunma sayı: 2784

Oxşar yazılar