Yunanıstanda Türkiyə HƏYƏCANI: Tarix verib xəbərdarlıq etdilər: "Ən təhlükəli SSENARİ" – FOTO

  • 21:24 - 14 Avqust

Türkiyənin "Əbdülhəmid xan" qazma gəmisi avqustun 9-da xidmətə başlayıb. Gəminin marşrutunun açıqlanmasına baxmayaraq, Yunanınstan mətbuatı günlərdir ki, ola biləcək ssenariləri manşet edir.

Gəminin vəzifəsi ilə bağlı daha əvvəl 3 fərqli ssenari irəli sürən yunan mətbuat bu gün dördüncü və “ən təhlükəli ssenari”ni açıqlayıb.

Avropa.info bildirir ki, Türkiyənin "Hürriyet" qəzetinin "Ta Nea" nəşrinə istinadən verdiyi məlumata görə, Afinada sabah, avqustun 15-də gərgin vəziyyətdən narahat olduqları bildirilib. Qəzet Türkiyənin FETÖ və PKK terror təşkilatı üzvlərinin qaçış yolu olan Evros və ona yaxın adalar üzərində də işləyə biləcəyini yazıb.

Yunanıstanda qısa zamanda gündəmin bir nömrəli məlumatına çevrilən xəbərdə bu ifadələr yer alıb: 

""Əbdülhəmid xan" gəmisi indiyə qədər heç bir narahatlıq doğurmayan ərazilərdə fəaliyyət göstərsə də, Milli Müdafiə Nazirliyinin rəsmiləri dördüncü ssenari gözlədiyi üçün rahatlaşa biləcəklərini düşünmürlər".

Eyni xəbərdə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) da belə bir ssenariyə qarşı həyəcan təbili çaldığı iddia edilib. 

Yunan mətbuatının gündəmə gətirdiyi digər 3 ssenari isə belə idi: 

Gəminin KKTC-nin kontinental şelfində xidmət etməsi; 
"Əbdülhəmid xan" gəmisi adanın cənub-qərbində xidmət etməsi; 
Gəminin Rodosun cənubunda fəaliyyət göstərməsi.


Oxunma sayı: 2883

Oxşar yazılar