İrəvanda ticarət mərkəzində PARTLAYIŞ: 60 yaralı, 2 ölü - VİDEO (YENİLƏNİB)

  • 19:06 - 14 Avqust

21:31

İrəvanda partlayışda xəsarət alanların sayı 60-a çatıb.

21:21

Ermənistan Fövqəladə Hallar Nazirliyi dağıntılar altından yanmış qadın cəsədi çıxarıb. Həmçinin dağıntılar altında qalmış 10 nəfər xilas edilib.

Bildirilib ki, partlayış zamanı xəsarət alanların sayı 57 nəfərə çatıb, 2 nəfər ölüb.

17:31

İrəvanda "Surmalu" Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 45 nəfərə çatıb, 1 nəfər həyatını itirib.

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

----------

16:42

"Surmalu" ticarət mərkəzində baş verən partlayış nəticəsində xəsarət alan vətəndaşların sayı 30 nəfərə çatıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib.

Onun sözlərinə görə, hazırda partlayış yerində yanğınsöndürmə və axtarış tədbirləri davam etdirilir, dağıntılar altında ölənlərin ola biləcəyi ehtimal edilir.

14:55***

Bu gün yerli vaxtla saat 13.23 radələrində İrəvanda "Surmalu" Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış baş verib.

Avropa.info bildirir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə yerinə 8 yanğınsöndürmə briqadası göndərilib.

İlkin məlumata görə, 1 nəfərin öldüyü, 20 nəfərin yaralandığı açıqlanıb.


Oxunma sayı: 3070

Oxşar yazılar