Erməni vandallığını sübut edən YENİ GÖRÜNTÜLƏR: Laçını tərk edən ermənilər evləri yandırırlar - ANBAAN VİDEO

  • 17:36 - 14 Avqust

Erməni vandallığını sübut edən yeni görüntülər yayılıb.

Avropa.info bildirir ki, kadrlarda Laçın rayonunun Zabux kəndində qanunsuz məskunlaşan erməni sakinin yaşadığı evə od vurması əks olunub.

O, öz əməlini kəndin Azərbaycanın nəzarətinə qayıtması ilə əsaslandırıb və evin türklərə qalmaması üçün belə etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan ərazisində məskunlaşmış ermənilərin analoji hərəkətləri artıq adi hal alıb. 44 günlük müharibə ərzində onlar işğaldan azad olunan ərazilərdə çox sayda əmlaka ziyan vurub.


Oxunma sayı: 2850

Oxşar yazılar