Pakistan müstəqilliyinin 75 illiyini qeyd edir – FOTO

  • 13:00 - 14 Avqust

Pakistan İslam Respublikası 75-ci Müstəqillik Gününü qeyd edir. 

Avropa.info bildirir ki, Pakistanın müstəqilliyi 1947-ci il avqustun 14-də elan edilib. O vaxtdan bu gün milli bayram kimi qeyd olunur. Məhəmməd Əli Cinnah Pakistanın qurucusu və ilk rəhbəridir. 

Əlamətdar tarix şərəfinə ölkənin paytaxtı İslamabadda 31, 4 ştatın inzibati mərkəzlərində isə 21 artileriya atəşi açılıb. Ölkənin müxtəlif bölgələrində hərbi paradlar, yürüşlər, sərgilər və digər bayram tədbirləri keçirilir. Küçələr, prospektlər və bazarlar dövlət bayraqları ilə bəzədilib. 

Pakistan prezidenti Arif Alvi Müstəqillik Günü mesajında ​​həmvətənlərini ölkənin iqtisadi və təhlükəsizlik problemlərinin öhdəsindən gəlmək üçün birləşməyə çağırıb. 

Dövlət başçısı həmçinin Cammu və Kəşmir xalqının öz hüquqları uğrunda mübarizəsində onlarla həmrəy olmağın vacibliyini qeyd edib. 

Baş nazir Şahbaz Şərif öz növbəsində qeyd edib ki, Pakistan 75 illik müstəqillik dövründə böyük yol keçib və öz inkişafında böyük uğurlar əldə edib. Siyasətçi xatırladıb ki, bu müddət ərzində ölkə xarici təcavüz təhlükəsinin qarşısını ala bilib və dünyanın yeddinci nüvə dövlətinə çevrilib. 

Pakistan İslam Respublikası 1947-ci ildə Britaniya Hindistanının parçalanması nəticəsində yaranıb. 

Məhəmməd Əli Cinnah müstəqil inzibati vahid olaraq Pakistanın ilk general-qubernatoru idi. 

Prezident ofisi 1956-cı ildə yaradılıb. Pakistanın o zamankı general-qubernatoru İsgəndər Mirzə ilk prezident olub. 


Oxunma sayı: 3895

Oxşar yazılar