Rusiya Ukraynada bu yaşayış məntəqəsini nəzarətə götürdüyünü ELAN ETDİ

  • 12:39 - 14 Avqust

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Donetsk vilayətindəki Peski qəsəbəsinin nəzarətə götürüldüyünü bildirib.

Avropa.info xəbər verir ki, nazirliyin sözçüsü İqor Konaşenkov Rusiya-Ukrayna müharibəsində Rusiya hərbi qüvvələrinin hərəkətləri ilə bağlı məlumat paylaşıb. 

Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin 30-cu mexanikləşdirilmiş briqadasının 70-dən çox əsgərinin zərərsizləşdirildiyini, 300-dən çox əsgərin isə yaralandığını bildirən Konaşenkov Donetskdə 10-cu dağ hücum briqadasının 170 əsgəri və 12 hərbi texnikasının məhv edildiyini bildirib. 

Rusiya ordusunun Ukraynadakı hərbi birliklərə qarşı hücumlarını davam etdirdiyini bildirən Konaşenkov, Donetsk bölgəsində HIMARS çoxlüləli reaktiv yaylım atəş sistemi və bu sistem üçün sursatların və anbarın məhv edildiyini bildirib.


Oxunma sayı: 2454

Oxşar yazılar