Qlobal siyasətdə dəyişiklik rüzgarı: ABŞ dünya üzərindəki nəzarəti sürətlə itirir – Britaniyalı jurnalistdən SENSASİON YAZI

  • 21:29 - 14 Avqust

İngiltərənin "Express" qəzetinin yazarı Ceyms Li ABŞ-ın sürətlə dəyişən dünya nizamına nəzarəti itirdiyini və prezident Co Baydenin artıq bu vəziyyəti dəyişə bilməyəcəyini bildirib.

Avropa.info-nun məlumatına görə, ABŞ-ın hələ də dünyanın ən böyük iqtisadiyyatına və ordusuna sahib olduğunu qeyd edən Li yazıb ki, ekspertlərin fikrincə, qlobal siyasətdə dəyişiklik rüzgarı ona görə əsir ki, digər ölkələr güclənir və Vaşinqtonu devirməyə çalışır.

"Şübhə yoxdur ki, Çin yeni super güc olacaq və Soyuq Müharibədən bəri görünməmiş yeni ikiqütblü dünya nizamı quraraq dünyanı silkələyə bilər", - deyə müəllif yazır.

ABŞ-ın nüfuzunu itirdiyini deyən britaniyalı jurnalist Vaşinqtonun Ukrayna böhranını diplomatik yollarla həll edə bilməməsini sübut kimi göstərib. Li həmçinin xatırladıb ki, rəqibləri Yaxın Şərqdə nəzarəti itirərək, ABŞ-ın buraxdığı böyük boşluğu doldurublar. 

Liderliyin çətin anlarda güclü qalmağın açarı olduğunu qeyd edən Li, Baydenin çətinliklərlə mübarizə aparmaq üçün sələfləri kimi səlahiyyət və reputasiyaya malik olmadığını vurğulayıb.


Oxunma sayı: 3257

Oxşar yazılar