Baş nazirin mətbuat konfransında ŞOK HADİSƏ: Hökumət rəhbəri çətin anlar yaşadı – VİDEO

  • 20:23 - 14 Avqust

Kanadanın Ontario əyalətində hökumət rəhbəri çıxışı zamanı çətin anlar yaşayıb. 

Avropa.info xəbər verir ki, baş nazir Duq Ford mətbuat konfransında açıqlamalar verib. 

Nə olacağından xəbərsiz olan 57 yaşlı Fordun çıxışı zamanı yaxınlaşan arı qəfildən baş nazirin ağzına girib. 

Danışarkən arını çeynəməyə başlayan Ford qəfil dayanıb və arını ağzından çıxartmağa çalışıb. 

Hadisədən sonra su içən kanadalı siyasətçinin çətin anları kameraya əks olunub.


Oxunma sayı: 4071

Oxşar yazılar