David Babayan Azərbaycana təşəkkür etdi

  • 18:24 - 14 Avqust

Qarabağdakı qondarma rejimin “xarici işlər naziri” David Babayan Azərbaycana təşəkkür edib.

Avropa.info modern.az-a istinadən xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində yazıb.

“Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Azərbaycanın tərkibində Qarabağda yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi, nə də xüsusi imtiyazı olacaq. Bundan sonra detallara varmağın mənası yoxdur. Mən Əliyevə səmimiyyətinə görə təşəkkür etmək istəyirəm. Həqiqətən də, Azərbaycanın “Artsax”la (red-Qarabağ) bağlı planları heç vaxt dəyişməyib və ya xalqı aldatmayıblar”,- deyə Babayan bildirib.


Oxunma sayı: 1651

Oxşar yazılar