Hindistanda insanların qaldırdığı nəhəng bayraq: Ginnesin rekordu qırıldı – FOTO

  • 15:24 - 14 Avqust

Hindistanın Pəncab əyalətinin Çandiqarh şəhərində insanların düzəltdiyi nəhəng Hindistan bayrağı Ginnesin Rekordlar Kitabına düşüb.

Avropa.info xəbər verir ki, Hindistanda 15 avqust Müstəqillik Gününə hazırlıq davam edir. 

Hindistanın Pəncab əyalətinin Çandiqarh şəhərindəki kriket stadionunda 5885 tələbə ölkənin 75-ci müstəqillik günü ərəfəsində nəhəng Hindistan bayrağı qaldırıb.

Nəhəng bayraq Ginnes rekordunu qırarkən, tədbirdə iştirak edən Ginnesin Rekordlar Rekordunun rəsmisi Svapnil Dangarikar rekordu təsdiqləyərək deyib: "Ən böyük insan bayrağı şəkli daha əvvəl Abu Dabidə GEMS Education tərəfindən qırılmışdı. Bugünkü tədbirdə NID Fondu və Chandigarh Universiteti tərəfindən yeni bir dünya rekordu qırıldı". 

Tələbələrin bu rekorda 1 ay yarım hazırlaşdıqları öyrənilib. Birləşmiş Ərəb Əmirlikləri 2017-ci ildə 4130 nəfərlə bayraq rekorduna sahib idi.

Hindistan'da insanların oluşturduğu dev bayrak, Guinness rekoru kırdı

Oxunma sayı: 3653

Oxşar yazılar