Ərdoğan: Türkiyə silah və enerji resursları sahəsində mövqelərini gücləndirir

  • 14:38 - 14 Avqust

Türkiyə silah və enerji bazarında mövqeyini gücləndirir. Təkcə son iki onillikdə ölkəmiz dünya bazarında əsas silah istehsalçısı və təchizatçısı kimi özünü təsdiq edərək, silah idxalçıları kateqoriyasından çıxdı. 

Avropa.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Onun sözlərinə görə, Türkiyənin müdafiə sahəsində idxaldan asılılığı son 21 ildə minimuma enib. 

“Bizim səylərimiz təkcə müdafiə sektoru ilə məhdudlaşmır. Enerji sahəsində mühüm addımlar atılır. Avropalılar qarşıdan gələn qışdan ciddi narahat olduqları halda, Türkiyə enerji təhlükəsizliyini təmin etmək üçün strateji addımlar atır”, - Türkiyə lideri bildirib. 

O, Qara və Aralıq dənizlərində Türkiyə sularında kəşfiyyat və qazma işlərinə diqqət çəkib: “İnanıram ki, hazırda Aralıq dənizində kəşfiyyat işləri aparan “Abdülhamid Han” qazma gəmisi Qara dənizdə 540 milyard kubmetr ehtiyata malik qaz yatağının aşkarlanması xəbərindən az olmayaraq bizi sevindirəcək”.  

Ərdoğan əmin edib ki, yerli yataqlardan hasil edilən qaz sayəsində Türkiyə daha da güclənəcək.


Oxunma sayı: 2597

Oxşar yazılar