ABŞ Rusiya və Çinlə müharibə astanasındadır - Baş verə biləcək təhlükə

  • 13:28 - 14 Avqust

ABŞ-ın keçmiş dövlət katibi Kissincer Amerikanın Rusiya və Çinlə müharibə astanasında olduğunu deyib.

Avropa.info teleqraf.com-a istinadən xəbər verir ki, Kissencer hadisələrin mümkün inkişafında məsuliyyətin bir hissəsinin Vaşinqtonun üzərinə düşdüyünü açıqlayıb.

Onun sözlərinə görə, Amerika hakimiyyətinin bu vəziyyətdə edə biləcəyi yeganə şey gərginliyi artırmaq deyil, vəziyyəti həll etmək üçün variantlar axtarmaqdır.

"Biz qismən yaratdığımız məsələlərlə bağlı Rusiya və Çinlə müharibənin astanasındayıq, bunun necə bitəcəyi və hara aparacağı barədə heç bir fikir yoxdur"- keçmiş dövlət katibi qeyd edib.


Oxunma sayı: 3576

Oxşar yazılar