Bakının bu ünvanında binalar sökülür - Sakinlərə kirayə haqqı verilir - VİDEO

  • 10:00 - 14 Avqust

Yüzlərlə sakinin yaşadığı 57 il öncə tikilən yaşayış binaları yeni hündürmərtəbəli binalarla əvəzlənir.

Avropa.info xəbər verir ki, paytaxtın Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən, istismar müddətini başa vurmuş binaların sökülməsinə başlanılıb.

Sakinlərin sözlərinə görə, tikintini aparacaq şirkətlə razılığa gəlinərək, müqavilələr bağlanıb.

Tikinti şirkətinin layihə rəhbəri Məmmədrəsul Bilalov "Xəzər Xəbər"ə deyib ki, bir neçə ay əvvəl yaxınlıqdakı 90 mənzilli beşmərtəbəli binalardan biri artıq tamamailə sökülərək, yerində yeni binanın tikintisi işləri aparılır. Digər binalar da mərhələli şəkildə söküləcək.

Məmmədrəsul Bilalov bildirdi ki,həmin binaların yerində 830 mənzildən ibarət 14-16 mərtəbəli binalar tikiləcək və sakinlərə veriləcək yeni mənzillərin sahəsi isə indikindən 20 faiz böyük olacaq.

Qeyd edək ki, tikiləcək çoxmərtəbəli yaşayış binalarının 2-5 il müddətində istifadəyə verilməsi nəzərdə tutulur.


Oxunma sayı: 3389

Oxşar yazılar