"Taliban" idarəçiliyində Əfqanıstan: Babur bağları kişilər və qadınlar üçün ikiyə bölündü – FOTO

  • 18:49 - 13 Avqust

"Taliban"ın Əfqanıstanda yenidən hakimiyyətə gəlməsindən bir il ötür. Bu müddət ərzində ölkə bir çox sosial və iqtisadi dəyişikliklərin şahidi olub. Nəhayət, paytaxt Kabildə məşhur bir məkan olan Babur bağları kişilər və qadınlar tərəfindən ayrıca istifadə üçün iki yerə bölünüb.

Avropa.info xəbər verir ki, "Taliban" administrasiyası iki ay əvvəl Babur bağlarının bir hissəsini yalnız qadınlar və uşaqlar, digər hissəsini isə kişilər üçün bölüb. Bu qərardan sonra parka gələnlərin sayında azalma olub. Digər tərəfdən, "Taliban"ın hakimiyyətə gəlməsi ilə ölkəsini tərk edənlər bir ili evlərindən uzaqda keçirməli olublar.

Qeyd edək ki, 15 hektar ərazini əhatə edən Babur bağları Kabilin ən canlı və ən məşhur parklarından biridir.

"Taliban" Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra xüsusilə qadınlara qoyulan qadağalar günü-gündən artır.

Qadınları üzlərini örtməyə məcbur edən "Taliban", qızların oxuduğu orta məktəbləri də bağlayıb. 

Qadınların ölkədə kişi qohumları olmadan səyahət etməsi də qadağandır.

Taliban yönetiminde Afganistan: Babür Bahçeleri kadınlar ve erkekler için ikiye bölündü - 1

 

Taliban yönetiminde Afganistan: Babür Bahçeleri kadınlar ve erkekler için ikiye bölündü - 3

 

Taliban yönetiminde Afganistan: Babür Bahçeleri kadınlar ve erkekler için ikiye bölündü - 4

 

Taliban yönetiminde Afganistan: Babür Bahçeleri kadınlar ve erkekler için ikiye bölündü - 5

Oxunma sayı: 2861

Oxşar yazılar