Səudiyyə Ərəbistanından ümrə QƏRARI: Ziyarət üçün şərtlər AÇIQLANDI

  • 18:38 - 13 Avqust

Səudiyyə Ərəbistanı turizm və ziyarət məqsədi ilə gələnlərin ölkədə qaldıqları müddətcə ümrə edə biləcəklərini açıqlayıb. 

Avropa.info xəbər verir ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyindən verilən yazılı açıqlamada, qərarın bu ilki ümrə mövsümünün başlaması ilə ümrə ziyarətinə gələnlərin prosedurlarının asanlaşdırılması çərçivəsində qəbul edildiyi bildirilib. 

Məlumatda bildirilib ki, sözügedən qərar bütün xidmətlərin yüksək keyfiyyətlə təqdim edilməsi və ümmətin mədəni və dini təcrübəsinin zənginləşdirilməsi səylərinin bir hissəsidir. 

Bildirilib ki, Səudiyyə Ərəbistanının istənilən hava limanından viza ala bilən, habelə ABŞ, İngiltərə və Şengen vizası ilə pasportlarında giriş möhürü olan ölkə vətəndaşları yalnız bir dəfə olmaq şərti ilə Ümrəni rahatlıqla yerinə yetirə bilərlər.

Açıqlamada o da bildirilib ki, ailə ziyarəti və şəxsi ziyarət vizası olan şəxslər Səudiyyə Ərəbistanında qohum və dostlarını ziyarət edərkən “Ümrə” müraciəti vasitəsilə qəbula yazıla və vahid milli viza platformasına müraciət edə bilərlər.


Oxunma sayı: 3950

Oxşar yazılar