Ukraynada müharibənin başa çatması üçün beş ŞƏRT: Rəsmi Kiyev AÇIQLADI

  • 23:24 - 13 Avqust

Rusiya hələ 2014-cü ildə Krımı ələ keçirərək Ukraynaya qarşı müharibəyə başlayıb. Aydındır ki, bu müharibə işğal altındakı yarımadanın azad edilməsi ilə yekunlaşmalıdır. 

Avropa.info xəbər verir ki, bunu Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak “Tvitter” hesabında bildirib. 

Podolyakın fikrincə, Krımın azad edilməsi ilə yanaşı, müharibə qondarma “xüsusi hərbi əməliyyat”ın təşəbbüskarlarının cəzalandırılması ilə başa çatmalıdır. 

“Rusiya 2014-cü ildə Krımın həyasızcasına ələ keçirilməsi ilə Ukraynaya və dünyaya qarşı müharibəyə başladı. Aydındır ki, bu müharibə Krımın azad edilməsi ilə başa çatmalıdır", - deyə yazıb. 

Bundan əvvəl Prezident Aparatının rəhbəri Andrey Yermak Ukraynanın Rusiyaya qarşı müharibədə qalib gəlməsinə, iqtisadiyyatını və ordusunu məhv etməsinə kömək edəcək 5 addımın adını çəkmişdi. 

Yermakın fikrincə, Ukraynaya aşağıdakı addımlar kömək edəcək: Rusiyanın terrorizmin sponsoru dövlət kimi tanınması; ruslar üçün viza qadağası; neftin qiymətinin məhdudlaşdırılması; qaz embarqosu; Ukraynaya silah tədarükü.


Oxunma sayı: 4445

Oxşar yazılar