Psixoloqdan XƏBƏRDARLIQ: "Ruh düşkünlüyü insanın özü üçün hazırladığı məzardır" – FOTO

  • 17:51 - 13 Avqust

Maddiyyat bütün dövrlərin ən aktual mövzulardan biri olub. Hamı rahat yaşamaq, sosial rifahını yaxşılaşdırmaq istəyir. Bütün əziyyətlər də, çəkilən zəhmət də bunun üçündür. Amma pandemiya dövründə dünyanın çox yerində bir çox sahələr müflis oldu, şirkətlər bağlandı. Bu da insanlara psixoloji zərbə demək idi. Bəs belə situasiyalarda insan necə davranmalıdır? 

Psixoloq Aidə Sübhan Avropa.info-ya bildirib ki, burada bir çox psixoloji məqamlar var. Əsas olansa inamdır: 

"Pandemiyadan sonra bir çox sahələrdə çalışan insanların maddi durumunda müəyyən çətinliklər yarandı. Bir çox insanlar çox ciddi şəkildə stress keçirir. Bəziləri ümumiyyətlə, depressiyaya düşür. Hətta tanıdığım elə iş adamları var ki, bu çətinliyə dözməyərək öz iş yerlərini təhvil veriblər. Son dönəmlər mən o cür insanlarla mütəmadi olaraq psixoloji terapiya aparıram. Və gördüyüm səhnə odur ki, adətən gəlirlərə, daha rahat pul xərcləməyə öyrəşmiş insan birdən- birə bəlli bir çərçivənin içinə düşdükdə, onlarda müəyyən depressiv hallar əmələ gəlir". 

O bildirib ki, çox vaxt bu cür insanlarda cəmiyyətdən uzaqlaşma, özünə qapanma, ya çox yemək, ya da heç yeməmək kimi hallar baş verir: 

"Belə insanlarla uzun müddət psixoloji söhbətlər aparmaq, onlara motivasiya vermək mütləqdir. Çünki bu cür insanlar başa düşməlidirlər ki, uğur insanın öz əlindədir. Ruh düşkünlüyü insanın özü üçün hazırladığı məzardır. Heç vaxt təslim olmaq olmaz. Pul müsbət düşüncəni sevir. Düşüncələri təmizləmək, ümid və inamla sabaha addımlamaq, təslim olmamaq lazımdır. Bunu hər kəs bacarar. Sadəcə, inanmaq lazımdır. İnam ən böyük açardır". 


Oxunma sayı: 7085

Oxşar yazılar