ABŞ-la F16 razılaşmasının pərdəarxası AÇIQLANDI: Türkiyənin irəli sürdüyü ŞƏRTLƏR

  • 12:46 - 13 Avqust

Türkiyənin hərbi hava qüvvələrini gücləndirmək üçün ABŞ-la F16 razılaşmasının pərdəarxası ilə təfərrüatlar ortaya çıxmağa başlayıb. 

Avropa.info bildirir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti öz mənbələrinə istinadən xəbər verirb. 

Türkiyə ilə ABŞ arasında F16 alqı-satqısı danışıqları bir müddətdir ki, davam edir. Gələn ay Nyu-Yorkda keçiriləcək BMT sammiti zamanı prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Bayden arasında mümkün görüşdə bu məsələnin müzakirə mövzusu olacağı bildirilir.

Türkiyə bu problemin uzun bir prosedura məruz qalmasını və prosesin uzanmasını istəmir. Bu səbəbdən də Pentaqonla danışıqlar aparır və məsələnin buradan ABŞ Konqresinə təqdim olunmasını tələb edir.

Bu üsuldan istifadə olunarsa, müəyyən müddət ərzində Konqres bu məsələni təsdiqləməlidir.

ABŞ-dan mal və xidmətlərin alınması üsulu olan Xarici Hərbi Satışlar (FMS) çərçivəsindəki problemlərin bildirildiyi qüvvədə olan bütün FMS müqavilələri nəzərdən keçirilib.

Həmçinin Təhlükəsizlik Yardımının İdarə Edilməsi İcmalı (Security Assistance Management Review-SAMR) iclasında iştirak etmək planlaşdırılır.

Türkiyə müdafiə sənayesi şirkətlərinin imkanlarının və ixracının artırılması yerli və milli müdafiə sənayesinin inkişafına töhfə verəcək.

Türkiyə adından tədiyyə balansına baş verə biləcək mənfi təsirləri azaltmaq üçün əsas podratçı ilə OFFSET müqaviləsi də imzalanacaq. OFFSET müqavilələrində müvafiq şirkət alınacaq F-16-ların müqabilində Türkiyədən müəyyən miqdarda və ya sayda istehsal olunmuş məhsul almalı olacaq.


Oxunma sayı: 3136

Oxşar yazılar