Ərdoğanla Bayden arasında mümkün görüşün tarixi və mövzusu açıqlandı

  • 17:40 - 13 Avqust

Sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında görüş ola bilər.

Avropa.info-nun məlumatına görə, bu barədə “Sabah” qəzeti öz mənbələrinə istinadən xəbər verib.

“Türkiyənin ABŞ-dan F-16 alması ilə bağlı danışıqlar bir müddətdir ki, davam edir. Gələn ay Nyu-Yorkda keçiriləcək BMT sammiti zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Bayden arasında mümkün görüş zamanı bu məsələ müzakirə olunacaq”, - deyə məqalədə bildirilir.

Qeyd edək ki, iyunda keçirilmiş NATO sammiti çərçivəsində R.T.Ərdoğan və C.Bayden arasında görüş olub. Danışıqlar zamanı ABŞ lideri həmkarına "F-16" ilə bağlı sazişin Konqresdən keçməsi üçün müəyyən səylər göstərəcəyinə söz verib. 


Oxunma sayı: 2938

Oxşar yazılar