Ailəsinə, polisə və yoldan keçənlərə atəş açdı: 11 nəfər öldü, 6 yaralı – Matəm elan olundu (FOTO)

  • 12:17 - 13 Avqust

Monteneqroda silahlı hücumçunun atəş açması nəticəsində 11 nəfər ölüb, biri polis əməkdaşı olmaqla 6 nəfər yaralanıb. Hücumla əlaqədar ölkədə üç günlük matəm elan edilib.

Avropa.info xəbər verir ki, Monteneqro hökumətindən verilən açıqlamada ölkədə dünən baş verən faciəli hadisədən sonra 3 günlük matəm elan edildiyi açıqlanıb. 

Bildirilib ki, Çetinye şəhərində 11 nəfərin öldüyü, 6 nəfərin yaralandığı silahlı hücumdan sonra ölkədə bayraqlar yarıya qədər endirilərkən bütün kütləvi tədbirlər ləğv edilib. 

Bundan əlavə, ölkə daxilində restoran və kafelərdə musiqi ifa etmək 3 gün müddətinə qadağan edilib və bütün idman tədbirləri də ləğv edilib.

Ötən gün Monteneqronun Çetinye şəhərində təcavüzkarın öz ailəsinə, daha sonra polisə və yoldan keçənlərə atəş açması nəticəsində 11 nəfər ölüb, 6 nəfər yaralanıb. 

Çetinje polisindən verilən açıqlamada 34 yaşlı təcavüzkarın aralarında uşaqlar və polis də olduğu çox sayda insana atəş açdığı, polislə qarşıdurmada təcavüzkarın öldürüldüyü bildirilib.


Oxunma sayı: 1904

Oxşar yazılar