İsveçin Türkiyəyə ekstradisiya edəcəyi şəxsin adı BƏLLİ OLDU

  • 17:25 - 12 Avqust

Rusiyanın Ukraynaya hücumundan sonra NATO-ya daxil olmaq istəyən, lakin Türkiyənin razılığını almalı olan İsveç Türkiyə ilə imzaladığı müqaviləyə uyğun olaraq Türkiyənin tələb etdiyi cinayətkarı ekstradisiya etmək qərarına gəlib. Okan Kale adlı şəxs dələduzluq etdiyi üçün axtarışa verilib.

Avropa.info xəbər verir ki, İsveçin dələduzluq üçün Türkiyəyə ekstradisiya etməyə hazırlaşdığı şəxsin Türkiyə vətəndaşlığı olan Okan Kale olduğu bildirilir. 

İsveçdə onlayn nəşr olunan “Samnytt” qəzeti İsveçin dələduzluq ittihamı ilə Türkiyəyə ekstradisiya etməyə hazırlaşdığı şəxsin 35 yaşlı Okan Kale olduğunu yazıb. 

Xəbərdə Kalenin 2010-2011-ci illərdə Türkiyədə 3 banka qarşı kart fırıldağında ittiham olunaraq İsveçə qaçdığı bildirilib. 

Xəbərdə Kalenin İtaliyada 2 il müvəqqəti qaçqın yaşamaq kartı aldığı və 2016-cı ildə İsveçə gələrək özündən 23 yaş böyük isveçli ilə evləndiyi və bu evlilik sayəsində Kalenin yaşayış və iş icazəsi aldığına diqqət çəkilib.

Ankaranın 2021-ci ilin oktyabrında İnterpol vasitəsilə İsveç səlahiyyətliləri ilə əlaqə saxladığı vurğulanan xəbərdə Kalenin bu tarixdə tutularaq həbs edildiyi bildirilib. 

Türkiyəyə təhvil verilməməsi üçün xristianlığı qəbul etdiyi iddia edilən Kalenin adının Yohan Qustavsson olaraq dəyişdirildiyi bildirilir.

İsveç dövlət televiziyası SVT-nin xəbərində Türkiyənin dələduzluq cinayətinə görə qırmızı bülletenlə axtardığı 35 yaşlı şəxsin Türkiyəyə ekstradisiyasına qərar verdiyi qeyd edilib. 

Ali Məhkəmənin qərarını dəyərləndirən İsveçin ədliyyə və daxili işlər naziri Morqan Yohansson bunun adi bir vəziyyət olduğunu bildirib. Johansson deyib ki, Ali Məhkəmə vəziyyəti həmişəki kimi nəzərdən keçirdi və ekstradisiya üçün heç bir maneə olmadığına qərar verib. 

Sözügedən şəxsə Türkiyədə 14 il həbs cəzası verildiyi bildirilib.


Oxunma sayı: 3411

Oxşar yazılar